Zelenski NATO-nu tənqid etdi: “Rusiyaya yaşıl işıq yandırdınız”

5 Mart, 12:40

Zelenski NATO-nun Ukrayna səmasının uçuşlara qadağan edildiyi bölgə elan etməsinə sərt reaksiya bildiririb. 

Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski verdiyi açıqlamada, təşkil olunan NATO  zirvə toplantısını “Zəif və ağılları qarışdıran zirvə toplantısı” olaraq  dəyərləndirdi: “Hər kəsin Avropa üçün azadlıq mübarizəsini bir nömrəli hədəf olaraq görülmədiyinin açıq olduğu zirvə həyata keçdi. NATO ölkələrinin bütün kəşfiyyat təşkilatları düşmənin planlarını, Rusiyanın hücuma davam etmək istədiyini çox gözəl bilir. Doqquz gündür amansız bir müharibə görürük. Şəhərlərimizi yox edirlər, insanlarımızı, uşaqlarımızı bombalayırlar. Yeni hücumlar və itkilərin qaçınılmaz olduğunu bilərək NATO qəsdlə Ukrayna səmasında uçuşları qadağan etdi. İttifaqın bu gün edə bildiyi yegnə şey Ukrayna üçün satınalma sistemi vasitəsiylə 50 ton dizel yanacaq göndərməkdir. Yəqin ki, “Budapeşt Memorandumu”nu da yandıra bilərsiniz. Daha yaxşı yansın. Amma o memorandum bizim üçün artıq Rusiya qoşunlarının atəşində yanıb. Nato bu gün bu qərarla Ukrayna şəhərlərinin və kəndlərinin daha çox bombalanması üçün yaşıl işıq yandırdı.  Bu bizim istədiyimiz NATO idi?  Sizin qurduğunuz Alyans budurmu? Siz səmanı bağlaya bilərdiniz.  Amma sizin kimi qoruya biləcəyinizi və Şimal Atlantik İttifaqı ölkələrini qoruyub qorumayacağınızı bilmirəm. Ortaq Avropamız üçün azadlığımız  tökülən  bir litr qanımızın əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz. Bu gündən etibarən  ölənlərin hər biri sizə görə ölür” dedi.