Niyə zaman-zaman yuxumuzda danışırıq? Yuxuda danışmaq xəstəlikdirmi? Zaman-zaman hamımızın başına gələn yuxuda danışmaqla bağlı nələri bilməliyik?
Voicepress.az yuxuda danışmağımıza səbəb olan faktları araşdırdı.
Yuxuda danışmaq (tibbi adı somniloquy) bir növ yuxu pozuqluğudur. Yuxuda danışmağın insana fiziki olaraq heç bir ziyanı olmasa da bəzən sonradan utanmağımıza səbəb ola biləcək nəticələri ola bilir. Məsələn yuxuda danışan xəstələr bir otaqda yatdıqları insanların yuxusunu poza bilərlər, sirrləri açıb söyləyə bilərlər və s.
Yuxuda danışmanın 4 mərhələsi var. 1 və 2-ci mərhələdə şəxs tam yuxuda olmadığı üçün danışığı aydın olur. Nə söylədiklərini anlamaq daha asandır. 3 və 4-cü mərhələdə şəxs dərin yuxuda olduğu üçün danışdıqlarını anlamaq olmur. Onların danışığı daha çox inləmə və məntiqsiz söhbətlərdən ibarət olur.
Yuxuda danışma xəstəliyi kəskinliyinə görə 3 növə ayrılır.
Yüngül: ayda bir dəfə yuxuda danışma halları olur.
Orta: həftədə bir dəfə baş verir və danışan şəxs digər insanların yuxusunu pozmaz
Kəskin: hər gecə baş verir və otaqdakı insanları narahat edir.
Kimlər risk qrupundadır?
Yuxuda danışmaq hər insanın başına gələ bilər. Ancaq uşaqlarda və kişilərdə bu hal daha çox müşahidə olunur. Eyni zamanda genetik faktorlar da əhəmiyyətli rol oynayır. Odur ki, gecə yuxusunda danışan ailə üzvləriniz varsa risk qrupundasınız.
Yuxuda danışma halları həyatınızın müəyyən dövrlərində arta bilər:
–xəstəlik
-qızdırma
-içkili olduğunuz zaman
-stressdən
-depressiyada olduğunuz zaman
-yuxusuzuluqdan
Nə vaxt həkimə müraciət etməliyik?
Yuxarıda da qeyd etdiyimiz kimi yuxuda danışmaq ciddi tibbi problem deyil. Amma həkimə müraciət ediləcək vəziyyətlər yarana bilər. Yuxuda danışmaq, yuxunuzu poza biləcək qədər aşırıdırsa, sizi yorursa və bu vəziyyət sizi gün ərzində təsirləndirirsə həkimə müraciət etməkdə fayda var. Çüki yuxuda danışmağın səbəbinin altında başqa problemlər də ola bilər. Xüsusilə 25 yaşından sonra belə bir hal yaşasanız mütləq həkimlə məsləhətləşin.
Müalicəsi nədir?
Yuxuda danışmağa qarşı bilinən bir müalicə yoxdur. Ancaq bir yuxu mütəxəssisi vəziyyəti idarəetmənizə kömək edə bilər. Yuxu mütəxəssisi bədəninizin ehtiyac duyğduğu istirahəti təmin etməyinizə köməklik etmiş ola bilər.
Qaynaqlar : en.wikipedia, healthline, psychologytoday, webmd