Volodimir Zelenski: “Rusiya bu müharibədən böyük utanc və yoxsulluqla çıxacaq”

16 Mart, 11:07

Rusiya-Ukrayna mühariəsinin 21-ci günündəyik. Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyanın bu müharibədən utanc və yoxsulluqla çıxacağını bildirib.

Voicepress.az xəbər verir ki, bu gün gecə saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski  Teleqram hesabında paylaşdığı açıqlamada : Hamımız tezliklə sülhün bərqərar olmasını istəyirik” deyib.

Müharibənin bitməsi, atəşkəsin təmin olunması və Rusiyanın hücumlarının dayanadırılması istiqamətində danışıqların davam etdiyinə diqqət çəkən Zelenski, hər kəsi  dialoqların nəticələrini səbrlə gözləməyə dəvət edib: “Bu çətin, amma əhəmiyyətlidir. Çünki hər müharibə razılıqla bitər. Toplantılar davam edir” deyib.

Rus xalqına səslənən Zelenski, Rus iş adamlarını və vətəndaşları müharibəyə qarşı çıxmağa çağıraraq, Rusiyanın bu müharibədən böyük utanc və yoxsulluqla çıxacağını dilə gətirib.

 \voicepress.az\