Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçiriləcək

18 Mart, 10:47

Bu gün Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçiriləcək.

Voicepress.az xəbər verir ki, toplantı iştirakçıları artıq təyyarə ilə Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Hava limanı ilə yaxından tanışlıqdan sonra iştirakçılar Zəfər yolu ilə Şuşaya yola düşəcəklər.

Şuşa toplantısının təşkilində əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platformanın yaradılmasının, həmçinin postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərinin və imkanlarının müzakirə edilməsidir.

Toplantı iştirakçıları arasında Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkədəmizki rezident əlaqələndiricisi, təşkilatın Azərbaycandakı qurumlarının rəhbər şəxsləri yer alırlar.