Suriyalı könüllü: “Rusiya, yoxsulluğumuzdan istifadə edərək bizə ölmək üçün pul ödəyir”

31 Mart, 09:04

Suriyalılara Ukraynada döyüşmək üçün ayda 7000 dollara qədər pul təklif ediblər.

Voicepress. az xəbər verir ki, BBC Ərəbcə, suriyalı Həsən(ad şərtidir) adlı könüllünün Rusiya tərəfindən Ukraynaya qarşı döyüşlərə qatıldığını yazır. Həsən kimi könüllü olaraq Rusiya tərəfdən Ukraynaya qarşı döyüşməyi qəbul edən könüllülərə  7000 dollara qədər pul təklif edilir.

Rusiyanın  iki həftə əvvəl Orta Şərqdə təxminən 16 min döyüşçünün Ukraynada, Rus ordusu tərəfində döyüşməyə könüllü olduğunu açıqlamışdı.

Həsən,  həyat yoldaşı və üç uşağı ilə birlikdə Suriyada hökumətin tabeliyində olan bir şəhərdə yaşayır. Təhlükəsizlik baxımından əsl adını və harda olduğunu açıqlamaq istəmir. 9 ildir Suriya ordusunda xidmət edən Həsən, hazırda yenidən Rusiya ordusunda könüllü olaraq döyüşmək üçün müharibə meydanına getməyə hazırlaşır.

Həsən əslində bu müharibəni ədalətli hesab etmir: “Rusiya Ukraynada qətliam törədir və ərzaq tapmayan suriyalıların yoxsulluğundan yararlanaraq onlara Rusiya üçün ölmək müqabilində cüzi miqdarda pul verir”

Rusiya tərəfdə döyüşməyə könüllü olmasının əsas səbəbinin pula ehtiyacının olduğunu söyləyən Həsən cəbhədə döyüşmək üçün 7000 dollar aldığını, arxa cəbhədə döyüşənlərə isə bu məbləğin yarısının verildiyini deyir: “Suriyalılar vəd edilən pula görə gedir. Çox sayda könüllü olaraq müraciət edənlər var. Mən ən az 200 insanın könüllü olduğunu bilirəm”.

London mərkəzli və Suriya hökumətinə müxalif qruplara yaxın Suriya İnsan Haqları Müşahidə Təçkilatı, Rusiyanın, Şam, Hələb, Hama və Rakka daxil bəzi Suriya şəhərlərində 14 könüllü qeydiyyat mərkəzlərini açıdığını söyləyir.

Suriya, taxıl ehtiyacının çox hissəsini Ukrayna və Rusiyadan idxal edir. Keçən ay Suriya hökuməti Ukraynada davam edən müharibəyə görə şəkər tozu və  un məhsulları imi bəzi qidaların paylanmasını nəzarətli şəkildə etməyi planlaşdırdığını açıqlayıb. Həsən, Ukraynadakı müharibə, benzin, ərzaq, su, bir sözlə hər şeyin qiymətinin artmasına yol açdığını deyir. Ailəsinin onun Ukraynaya getməsinə qarşı çıxdığını deyən Həsən başqa çarəsinin olmadığını da qeyd edir: “ Bu müharibədə könüllülərin 90 faizi öləcək”.