Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov vida mərasimindən sonra torpağa tapşırılıb.
Voicepress.az xəbər verir ki, Nizami Kino Mərkəzində Xalq yazıçısı Rüstəm İbrahimbəyovla keçirilən vida mərasimindən sonra, yazıçı I Fəxri Xiyabanda dəfn olunub.
Xatırladaq ki, Xalq artisti Rüstəm İbrahimbəyov martın 11-də uzun müddət davam edən xəstəlikdən sonra Moskva şəhərində dünyasını dəyişib.
\voicepress.az\