Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.
Voicepress.az xəbər verir ki, martın 11- də Moskvada vəfat edən Xalq yazıçısı Rüstəm İbrahimbəyovun nəşi vətənə gətirilib. Hazırda Nizami Kino Mərkəzidə mərhumla vida mərasimi keçirilir. Vida mərasimində tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.

\voicepress.az\








