Rusiya -Ukrayna müharibəsində daha bir jurnalist həlak olub.
Voicepress.az Rus mətbuatına istinadən xəbər verir ki, Rusiya müxalifəti Aleksey Navalnının tərəfdarı olduğu bildirilən Oksana Baulina paytaxt Kiyevdə Rus əsgərlərinin hava hücumu nəticəsində həlak olub. Bildirilib ki, 42 yaşlı Oksana Baulina “The Insider” araşdırma saytı üçün Ukraynanın paytaxtı Kiyev və ölkənin qərbində yerləşən Lvov şəhərindən məlumat verib.
Qeyd edək ki, Baulina əvvəllər rusiyalı müxalifət lideri Aleksey Navalnının korrupsiyaya qarşı mübarizə fondunda çalışıb və Rusiyanı tərk edib.
\voicepress.az\