Rusiya və Ukrayna atəşkəs üçün razılığa gələ bilər

14 Mart, 11:20

Rusiyanın Ukraynaya hücumundan 19 gün sonra atəşkəs müzakirələrini həyata keçirən heyətdən ümidverici xəbərlər gəldi.

 Voicepress.az xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak sosial media hesabında bu gün tərəflər arasında video konfrans keçiriləcəyini bildirib və qeyd edib ki, Ukrayna müzakirə mövzusunda istəklidir.

Mütəxəssislərə görə, tərəflər sülh müqaviləsinin mətni üzərində işləyirlər. Hazırlanacaq sülh müqaviləsinin Ukrayna Prezidenti  Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanılması gözlənilir.