Rusiya-Ukrayna müharibəsinin Sovet-Finlandiya müharibəsi ilə oxşar tərəfləri – Araşdırma

14 Mart, 15:50

Bu gün 19 gündür Ukrayna Rusiyanın işğalçı hücumuna qarşı dünyanı heyrətləndirən bir dirəniş nümayiş etdirir. Dünyanın tanınmış strateqləri,  analitikləri Ukraynanın Rusiya hücumlarına qarşı 3 gündən artıq dözə bilməyib təslim olacağına dair verdiyi proqnozlar özünü doğrultmadı. Putin Ukraynada gözləmədəyi bir məğlubiyyətə doğru addımlayır. 19 gündür Ukrayna xalqı qəhrəmancasına öz vətənlərini müdafiə edir.

İspan əsilli Amerika yazıçısı Corc Santayana deyirdi ki, “Keçmişi unudanlar, onu yenidən yaşamağa məhkumdur”. Bu müharibə, 1939-1940- cı illərdə baş vermiş Sovet-Finlandiya müharibəsini çox xatırladır. Tarixə “Qış müharibəsi” adı ilə həkk olunan Sovet-Finlandiya müharibəsi ilə Rusiya-Ukrayna müharibəsi arasında xeyli bənzərlik var.

Rusiya-Finlandiya sərhəddi, Peterburqdan 32 km uzaqda idi. Stalin, ən uzağı 2-3 gün içərisində Finlandiyanın işğalını tamamlayacağını düşünərək ordusuna Finlandiyaya hücum əmri vermişdi. Məşhur ingiliz tarixçisi və diplomatı Harold Nikolson, “Qış müharibəsi”nin 48-ci saatında “finlər yaxşı mübarizə aparır, amma bir-iki günə təslim olacaqlar” demişdi. Eynilə indiki kimi, o vaxt bütün dünya finlərin məğlubiyyətinə inanırdı.

1939- cu illərdə SSRİ-nin nüfuz sayı təxminən 175 milyon idi. Finlandiyanın isə cəmi 4 milyon əhalisi var idi. Üstəlik onların iriçaplı silahları, tank əleyhinə, təyyarə əleyhinə silahları, topçuları, hərbi təyyarələri belə yox idi. Stalin təxminən 500 minlik ordu ilə Finlandiyaya hücum etmişdi. Finlandiya isə 120 minlik, zəif silahlanmış bir orduya sahib idi. Fin ordusu bu müharibə üçün  Finladiyanın qarlı meşələrində təlim keçmişdi. Lakin Sovet ordusu bu cür təlimli və təcrübəli deyildi. 1939- cu ildə Sovet ordusu böyük, amma içi boş bir ordudan ibarət idi.

 

Finlər ölkələrini çox sevirdilər və özlərini müdafiə etmək kimi bir cəsarətinə bacarağına malik idi. Evləri, ailələri üçün savaşırdılar. İşğalçı sovet ordusu isə nə üçün döyüşdüklərinə dair heç bir məlumatı olmayan ruhsuz, tamamilə könülsüz əsgərlər idi.

Bəzi beynəlxalq könüllülər finlərə qatılmışdı. Amma qərb ölkələri, Stalin kimi bir cani ilə qarşılaşıb özlərinə problem yaratmaq istəmirdi. Ona görə heç bir şey etmirdilər. Amerikanın o vaxtkı Prezidenti Ruzvelt, Finlandiyaya hərbi yardım məqsədilə “Brewster buffalo” hərbi təyyarələrini göndərmək istəmişdi. Amma bu təyyarələr o qədər bərbad idi ki, hətta  amerikalı pilotlar onu “uçan tabut” adlandırmışdı.

Finlandiya, 1809-cu ildən bəri Rus İmperatorluğunun tərkibində olmuşdu. Ancaq çarlığın assimilyasiya cəhdlərinə qarşı milliyyətçi kimliklərini qorumağı bacarmışdı. 1917- ci il inqilaından sonra da Finlandiya suverenliyini elan etmişdi. Lakin 1939- cu ildə Stalin Finlandiyanı yenidən Rusiyanın tərkibinə qatmaqda israrlı və iddialı idi.

Amma Stalinin Finlandiyanı məğlub etmək arzusu ürəyində qalmışdı. Vətənlərini qorumağa and içmiş, inanılmaz ruh yüksəkliyinə malik Fin ordusu ağ kamuflaj geyimlər geyinmişdi. Əsasən tüfənglərlə silahlanmış Fin ordusu, Sovet ordusuna yıxıcı zərbələr vurmuşdu. Onlar o qədər çevik zərbələr endirirdi ki, bu zərbələrin qarşısında ümidsizliyə qapılan Rus əsgərləri, Fin ordusunu “ruh” adlandırmağa başlamışdı. Fin ordusunda Simo Hayha adlı snayper, 500 dən çox Rus əsgərini öldürdüyü üçün bütün zamanların ən uğurlu tətikçisi adlandırılmışdı.

 

Finlər də ukraynalılar kimi evdə hazırladıqları “Molotov kokteyl”indən istifadə edirdilər.

Lakin fevral ayının ortalarında Fin qüvvələri sürətlə tükənirdi. SSRİ-nin itkilər çox idi və bu vəziyyət Sovet rejimi üçün siyasi bir utanc qaynağı idi. Üstəlik Fransız-İngilis müdaxiləsi riski vardı. Yazın gəlməsi, qarların əriməsi yaxın idi. Sovet qüvvələri meşələrdən çıxa bilməmək riski ilə qarşı-qarşıya qalmışdı. Finlandiya Xarici İşlər naziri Vainö Tanner fevralın 12-də Stokholma gəldi və isveçlilərin vasitəçiliyi ilə SSRİ ilə sülh müqaviləsinin şərtlərini müzakirə etdi.

Martın 9-da Finlandiya ciddi itkilər verməyə başladığı üçün vəziyyət pis idi. Topçu və silah ehtiyatı tükəbmişdi.  Norveç və İsveç müttəfiqlərə keçiş haqqı vermədiyi üçün gözlənilən  Fransız –İngilis hərbi səfərinin zamanında gəlməyəcəyini anlayan Finlandiya hökuməti, Sovet hökumətinin şərtlərini qəbul etmək məcburiyyətində qaldı və nəticədə tərəflər arasında Moskva Sülh Müqaviləsi imzalandı.

Finlandiya lideri Karl Qustav Mannehreim, eynən Volodimir Zelenski kimi, xalqı ilə birlikdə düz 140 gün SSRİ-ə qarşı heyrətmaiz bir şəkildə dirəniş nümayiş etdirdi. Finlandiya bu müharibədə 25 min, Rusiya isə 250 min canlı qüvvə itirmişdi. Finlandiya ilə müharibə sovet ordusunun şişirdildiyindən də zəif olduğu ortaya çıxmı. Bu da Hitlerin SSRİ-yə hücum etməsi üçün səbəb olmuşdu.

Stalin, Finlandiyaya hücumunu “qurtuluş əməliyyatı” adlandırmışdı. Putin də Ukraynaya işğalçı yürüşünü “xüsusi hərbi əməliyyat” adlandırır və iddia edir ki, məqsədi etnik ukraynalı rusları qorumaq və  Ukraynanı  narkotik aludəçisi nasist liderindən təmizləməkdir.

Tarix super güclərin özlərindən zəif dövlətlərə qarşı uğursuzluqla nəticələnən hərəkatları ilə doludur. Putinin Ukraynaya hücumunun nəticəsinin qələbə, yoxsa məğlubiyyət olacağını dəqiq söyləmək mümkün deyil. Amma nəticənin necə olmasından asılı olmayaraq, Putinin bu addımı Rusiyanı, Rus xalqını ən az 30-40 il geri saldığı dəqiqdir.

Günel Musa\voicepress.a\

Qaynaqlar:

Devid Kampel “Finli əsgərlər və Sovet əsgərləri”

Sander Qordon F. “Yüz gün Qış Savaşı: Finlandiyanın Qallantı Sovet ordusuna qarşı”

Atəş və Buz: Finlandiyanın “Qış savaşı” sənədli film