Rusiya Prezidenti Vladimir Putinin böyük qızı Mariya Putina ilə Hollandiyalı iş adamı Corrit Faassen boşanır.
Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı Marina Putina, hollandiyalı iş adamı olan Jorrit Faassendən ayrılamaq qərarı verdiyini açıqlayıb.
Rusiyadan qaçan, Rus jurnalist Sergey Kanevin bildirdiyinə görə, Putin, böyük qızına pislik etdi: “Çünki Ukrayna ilə müharibə etməsi qərb sanksiyalarını tətiklədi. Qızının nəhəng layihəsi sayəsində Avropadan və Körfəz ölkələrindən varlı şəhər şeyxlərini regiona çəkmək planı var idi. Lakin hazıda müharibəyə görə heç kim gəlməyəcək” deyib.
Sankt Peterburqda ölkə xaricindən gələn varlı xəstələr üçün bir növ tibbi mərkəz açmaq planı olan Mariyanın bu planı müharibə səbəbindən ləğv olunduğu da ortaya çıxıb.
Uşaqlarda nadir görünən genetik xəstəliklər üzrə mütəxəssis olan Mariya Putinanın xüsusilə Orta Şərqdən gələn zənginləri cəlb etməyə çalışdığı da qeyd olunub.
Qeyd edək ki, Mariya Putinanın Rusiya Səhiyyə Nazirliyinin tərkibindəki Beynəlxlaq Endokrinoloji Tibbi Araşdırmalar Mərkəsində vəzifəsi var.
\voicepress.az\








