Jalə Mütəllimova
Unutmayaq, ən vacib öz millətin, öz dövlətindir.
O üzdən:
-Bütün baş verə biləcək faciələrdən sığortalanmaq üçün ağılla, siyasətlə, geosiyasi reallıqları nəzərə almalıyıq;
-Yaxın-uzaq qonşularda və ya onlara təsir edən bəlli dairələrlə baş verənləri ictimai fikir və dövlət olaraq nəzərə almalıyıq. Təbii ki, doatu düşməni unutmamaq mühim şərtimizdir. Bu mənada Azərbaycanın bu günki mövqeyi təqdirəlayiqdir;
– 2020-ci ildən “Xankəndiyə niyə girmədik” deyənlər, Avropanın ən böyük ölkələrindən olan Ukraynanın, dünyanın gözü qarşısında, təbii ki, inanaraq səhv etməsi nəticəsində, yaşadıqlarına diqqət edək. Biz QORXMURUQ, amma çomağı əlimizdən, zirehi beynimizdən çıxarmırıq. Çünki indi Ukraynanı dəstəkləyən dünya 44 günlük vətən savaşında Azərbüycana münasibətdə susdu. Azərbaycanın yanında yalnız Türkiyə var idi. Bir də Pakistan və İsrail;
Ən vacibi indi postsovet ölkələrini də Ukraynadakı hərbi oyunlara cəlb etməyə çalışırlar. Bu üzdən Azərbaycanın ictimai rəyində beşinci kalon aqresiya yaradır. Necə?
Belə: Azərbaycan on noyabr sənədinə imza atmasaydı, Xankəndiyə ordu yeritsəydi daha böyük ərazisini işğaldan azad edəcəkdi. Əslində isə nə baş verəcəkdi?
-Azərbaycan Rusiyanın hərbi təzyiqi ilə üzləşəcək, daha artıq itki verəcəkdi;
– İndi Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları ilə üzləşəcək və 2016-cı ilin aprel hadisələri təkrarlanacaq, bu gün orduda yenidənqurma işləri həyata keçirilə bilməyəcəkdi.
Üstəlik, istefaya göndərilənlər və həbslər üçün əməliyyatlar reallaşdırıla bilməyəcəkdi. Daha ağır formada “Tərtər işi” cinayəti törədiləcəkdi. Bu dəfə prosesə Avropa və Qərbin də qatqısı olacaqdı.
Bu Azərbaycanın milli dövlətçilik, müstəqillik mərhələsində ciddi düyün olacaqdı. AZƏRBAYCAN Prezidenti İlham Əliyev bütün regional siyasi oyunçularla o üzdən bərabərhüquqlu münasibətlər qurdu. Onların informasiya savaşının önündə dayandı. Milli dövlət quruculuğu işinə maneçilik yarada bilmədilər və ölkə mümkün geosiyasi kataklizmlərdən sığortalandı. Üstəlik, Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədridir. Bu üzdən dünyada gedən proseslərə reaksiyasında bu statusunu da unutmamalıdır. İndi Azərbaycanı heç bir dış siyasətdə heç bir avantüraya cəlb etmək mümkün deyil. Bütün qərarlar siyasi təhlilə və milli maraqlara əsaslanır. Bu gün Azərbaycan həm Türkiyə ilə, həm Rusiya, həm də dünya ilə müttəfiqdir. Dostlarını da hər kəsdən daha dəqiq tanıyır. Qalır bütün bunlara ictimai fikrə izah etmək, inandırmaq. Dost olmaq olar, emosional və siyasi cahillik yolverilməzdir. Bunu Azərbaycanın geosiyasi və milli maraqlar tələb edir.
Bu maraqlardan xoşu gəlməyənlər isə hədsiz çoxdur. Cəmi üç dövlət istisnamız var…