Milli Cəbhə Partiyası (MCP) Bakı Türk Şəhidliyini ziyarət edib – FOTO

30 Mart, 13:05

Milli Cəbhə Partiyası (MCP) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Bakı Türk Şəhidliyini ziyarət edib.

Voicepress.az xəbər verir ki, MCP sədri Razi Nurullayev, partiyanın rəhbər heyyəti və üzvləri abidə önünə gül dəstələri qoyub, 31 mart qurbanlarının, şəhidlərin xatirəsini sayğı ilə  yad ediblər.

Daha sonra partiya sədri, deputat Razi Nurullayev çıxış edərək Azərbaycan xalqının şəhidlərimizi daha rahat, daha qürurla yad etdiyini deyib:

Qeyd edək ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törədiblər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.