Millət vəkili sığortasız evlərlə bağlı Baş nazirə müraciət etdi

18 Mart, 11:14

“Sığortası olmadığı üçün evsiz, zülm içində yaşamalı olurlar. Onlarla müraciət var,  kömək edən yoxdu.”

 Voicepress.az xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev Parlamentin iclasında deyib. Millət vəkili Baş nazirə müraciət edərək sığortasız evlərlə bağlı məsələlərə yenidən baxılmasının vacibliyini vurğulayıb:

“Hər bir kənddə, şəhərdə, qəsəbədə evi yananlar olur. Sığortası olmadığı üçün evsiz, zülm içində yaşamalı olurlar. Onlarla müraciət var, amma kömək edən yoxdu. Axı deyə bilmərik ki, “sığorta etməmisən edərdin. Bizə nə?” Ölkəmizdə hələ də sığorta mədəniyyəti formalaşmayıb. Evi yanan ailələrlə bağlı cənab Baş nazir, qərar verilməsi vacibdir.  İmişlidədə evi yanan ağır vəziyyətdə yaşayan on-on beş ailə var və vəziyyətləri acınacaqlıdır. Hökumət sığorta ilə bağlı məsələlərə yenidən baxsın və sərtləşdirsin. Bu günə qədər fəlakətlərlə üzləşənlərlə bağlı yardım qərarı verilsin. Cənab Baş nazir, bu məsələdə sizdən kömək gözləyirik”