Bu ölkələr Ukrayna üçün hava hücumundan müdafiədə birləşdi

22 Mart, 10:32

13 ölkə Ukrayna üçün hava hücumundan müdafiədə birləşib.

Voicepress.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk məlumat verib. O, bildirib ki, Çexiya Estoniya, Polşa, Fransa, Gürcüstan, Almaniya, İrlandiya, Latviya, Litva, Niderland, İsveç, Böyük Britaniya, ABŞ parlamentariləri birgə müdafiə bəyanatı imzaladıblar.

Bəyanatda qeyd olunur ki, bütün bu ölkələr Ukraynanın yanındadır və ölkənin müdafiəsinə qalxacaqlar.