Belçikada iki nəhəng mağazalar şəbəkəsi yağ və un satışına məhdudiyyət qoydu

21 Mart, 11:00

Belçikada fəaliyyət göstərən iki böyük mağazalar şəbəkəsi yağ, un və konservləşdrilmiş tərəvəz satışına məhdudiyyətlər qoyub.

Voisepress.az xəbər verir ki, bu barədə Belçikada yaşayan həmyerlimiz Ilahə Tağıyeva məlumat verib. O, bildirib ki, Belçikada fəaliyyət göstərən “Lidl” və “Colruyt” mağazalar şəbəkəsi artıq bir neçə gündür yağ, un və konservləşdirilmiş tərəvəz və un satışına məhdudiyyət qoyub.  Buna da səbəb Rusiya ilə Ukrayna arasında gedən müharibədir. Belçikaya yağ, un əsasən Rusiya və Ukraynadan idxal olunduğu üçün hazırkı vəziyyət bu məhsulların qıtlığına səbəb olub. Indi hər bir Belçika sakini yalnız iki litr yağ və iki kiloqram un ala bilər.

/voicepress.az/