Türkiyənin yeni iqtisadi modeli – Ərdoğan ELAN ETDİ

12 Fevral, 22:21

Türkiyədə ƏDV Sisteminin Sadələşdirilməsi Proqramı çərçivəsində əsas ərzaq məhsulları üzrə ƏDV 8 faizdən 1 faizə endirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə İqtisadiyyat Modeli, Yeni Addımlar və İnflyasiya Tədbirləri”nə dair videoformatda keçirilən iclasda deyib.

Ötən ilin son aylarında valyuta məzənnələrindəki dalğalanmalara toxunan Prezident Ərdoğan bunun iqtisadiyyatın reallıqları ilə heç bir əlaqəsinin olmadığını söyləyib:

“2022-ci ildə bu prosesdə ortaya çıxan yüksək inflyasiyanın təsirlərini böyük ölçüdə aradan qaldırmağı hədəfləyirik. İnflyasiya ilə mübarizə tam qətiyyət, inam və fədakarlıq tələb edir. Hökumət olaraq bununla bağlı addımlar atırıq”.

Ölkənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati isə Türkiyə iqtisadiyyatının yeni modelinin sərmayə, məşğulluq, istehsal və ixrac olmaqla dörd əsas təməl üzərində qurulduğunu deyib.