Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
Bu barədə nazir TRT-yə müsahibəsində məlumat verib.
“Ən qısa zamanda Bakıya gedəcəyəm. Həmkarım Ceyhun qardaşım dəvət edib. Onsuz da xüsusi nümayəndələr görüşür, amma biz də fikir mübadiləsi aparacağıq”, -nazir bildirib.
Qeyd edək ki, XİN başçısı səfərin dəqiq tarixi barədə məlumat verməyib.