Azərbaycana keçən erməni geri QAYTARILDI

15 Yanvar, 23:02

Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

Müdafiə Nazirliyindən VOİCEPRESS.az-a verilən məlumata görə, S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.