“Bayraktar” Qırğızıstanda

19 Dekabr, 03:23

Qırğızıstanın Türkiyədən aldığı “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları xidməti fəaliyyətə başlayıb.

VOİCERESS.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ölkə Prezidenti Sadir Çaparov Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətində fəaliyyətə başlayan “Bayraktar TB2″lərə baxış keçirib.

Qırğızıstana məxsus dronlar Cəlal-Abad hava limanında yerləşdirilib.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevin paylaşdığı məlumata görə, Qırğızıstan 300 milyon Qırğızıstan somu (33,4 milyon dollar) dəyərində hərbi texnika, o cümlədən dronlar alıb.