“Cənab Prezidentin işğaldan azad olunana ərazilərə sil-silə səfərləri Qarabağımızın yenidən dirçəlməsi üçün böyük əhəmiyyət kəsb edir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasınınsədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, qısa zaman kəsiyində Cənab Prezident işğaldan azad olunan torpaqlara düz 8 dəfə səfər edib: “Bu olduqca önəmli addımdır. Bu gün Qarabağda sürətli inkişaf gedir. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Möhtərəm Prezident İlham Əliyev 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmağa müvəffəq oldu. Bütün bunların fonunda diqqət edin və görün ki, Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərinin hər biri olduqca əlamətdar bir hadisələrlə yadda qalır. Digər tərəfdən Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri dünya ictimaiyyətinin diqqətini birmənalı olaraq, ermənilər tərəfindən xarabalığa çevrilən Qarabağa yönəldir. İllərdir səssizlikləri ilə ikili standartlara xidmət edən beynəlxalq təşkilatlar görmək istəməsələr də, erməni barbarlığının törətdiklərini görmək məcburiyyətində qalırlar. Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri bizə “Böyük Qayıdış”ın yaxın olduğunun ümüdünü bəxş edir. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə hər səfəri dünya ictimaiyyətinə veriləcək böyük önəm kəsb edən mesajlarla doludur”.
Ülkər Fərmanqızı