Əsli Kazımova: “Azərbaycanı haqq yolundan heç bir qüvvə çəkindirə bilmədi”

18 Oktyabr, 10:54

Azərbaycanı haqq yolundan heç bir qüvvə çəkindirə bilmədi”.Bunu VOİCEPRESS-ə açıqlqmasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Fizuli rayonunun işğaldan azad olunması strateji baxımdan olduqca əhəmiyyətli idi: “Fizuli rayonu Cəbrayıl və Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsiydi. Füzulinin fəthi Cənab Prezident İlham Əliyevin sərkərdəliyinin erməni işğalçıları üzərindəki qələbəsinin ilk baris nümunəsi idi. Qeyd etmək gərəkir ki, Füzuli istiqamətində gedən döyüşləri haqlı olaraq Vətən müharibəsinin gedişindəki ən şiddətli döyüşlərdən biri olub.

Erməni silahlı birləşmələrinin illərlə yaratdığı istehkamlar, keçilməz adlandırdıqları sədlər məhz bu əməliyyatla darmadağın edilib. Hətta, Füzuli əməliyyatı ilə Azərbaycan ordusu eyni zamanda düşmənin müqavimətinə də ağır zərbə endirdi. Məhz Fizuli döyüşlərindən sonra Ermənistanda fərarilik artmağa başladı. Çünki düşmən əsələri Fizuli döyüşündən sonra Azərbaycan əsgərinin gücünün şahidi oldu. Ona görə də, hesab edirəm ki, Füzuli döyüşləri sadəcə döyüş meydanında qazanılmış qələbə deyil, Füzuli döyüşləri eyni zamanda psixoloji savaş müstəvisində parlaq zəfər idi. Ali Baş Komandanın mahir sərkərdəlik bacarığı və qətiyyətli mövqeyi, Azərbaycan ordusunun zabit heyətinin peşəkarlığı və ordumuzun döyüş hazırlığının yüksək səviyyədə olması Füzulinin fəthini gərçəkləşdirdi”.