“15 Oktyabr tarixi dövlətimiz üçün önəmli başlanğıcların əsasının qoyulduğu tarixdir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, 15 oktyabr tarixi Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan xalqı əminəm ki bu tarixi çox gözəl bilir. Amma mən bu tarixi bir daha qeyd etməyi özümə borç bilirəm.
2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Azərbaycanı yeni inkişaf mərhələsinə qədəm qoymasına qarant qazandı. Cənab Prezident Azərbaycan xalqı üçün əvəzsiz bir lider olmağı bacardı.
Ölkədə aparılan köklü islahatlar, ölkənin iqtisadi potensialınının gücləndirilməsi istiqamətindəki əldə edilən uğur, şəhid ailələri, qazilər, qaçqın və məcburi köçkünlərə ayrılan diqqət və qayğı, ölkədə təmin olunan siyasi sabitlik, təhlükəsiz və sosial rifahın yaxşılaşdırılması yolunda görülən işlər İlhm Əliyevin birmənalı şəkildə Ümummilli Liderin davamçısı olduğunu sübut edir.
Qarabağ zəfəri, Şuşada Azərbaycan bayrağının dalğalanmasına nail olunması, mehriban qonşuluq siyasəti, Qarabağın münaqişə zonasından beynəlxalq maraqların kəsişdiyi əlverişli plasdarma çevrilməsi, Beynəlxalq arenada Azərbaycanın artan nüfuzu –bütün bu sadalananlar bu gün Azərbaycanın beynəlxalq siyasi müstəvidə əldə etdiyi müvəfəqqiyyətlərdir.
Bütün bu uğurların arxasında Cənab Prezident İlham Əliyev dayanır! Ona görə də, Azərbaycan xalqı əmindir ki, ölkədə sülh, əmin-amanlıq, tərəqqi, inkişaf, sabitlik hüquqi dövlət quruculuğu kimi önəmli faktorlar sadəcə İlham Əliyevin rəhbərliyi altında kök salacaqdır”.