Ərdoğanla Bayden Cənubi Qafqazı müzakirə etdi

31 Oktyabr, 16:27

ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü görüşündə Cənubi Qafqazdakı vəziyyətə də toxunulub.

VOİCEPRESS.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Bayden və Ərdoğan arasında keçirilən görüşdə Cənubi Qafqazda diplomatik səylər müzakirə olunub.