Məlahər İbrahimqızı: “Qarabağın işğaldan azad olunması biz Türklər üçün namus və şərəf məsələsi idi”

25 Oktyabr, 12:40

“Azərbaycan xalqı savaşı bayram kimi qəbul edən bəlkə də yeganə xalqdır!”

“Azərbaycan xalqı tarixin ən şərəfli mərhələsini yaşayır”. Bunu Voicepress-ə açıqlamasında millət vəkili Məlahər İbrahimqızı deyib. Onun sözlərinə görə, illərdir Azərbaycanın dilbər güşəsi Qarabağ erməni işğalı altında idi və biz bu günə qədər işğal altında olan ərazilərimizin işğal olunduğu günlərini qeyd edirdik: “Biz bu tarixləri ürək ağrısı ilə anırdıq. İndi xatırlayıram o anları. Həmin işğal tarixlərini anarkən biz sözün əsil mənasında özümü çox pis hiss edirdik. Xəcalət çıkirdik. Qəbul edə bilmirdik mövcud durumu və bunu özümüzə ləkə bilirdik. Ötən illəri biz böyük üzüntü ilə yaşamışıq. Amma heç bir zaman ümüdümüzü itirmıdik. Hər zaman o torpaqlara qayıdacağımızı bilirdik. Bu gün bizə yuxu kimi gəlsə də, bu zəfər bir həqiqətdir. Müharibə dövründə xalqın həmrəyliyi, bir dəmir yumruq kimi Cənab Prezidentin ətrafında birləşməyi bacardıq. Belə olan halda Zəfər qazanmamaq mümkün deyildi. Hər bir qadın əsgər anası idi. Hər şəhid hər bir Azərbaycan anasının oğlu idi. Hər bir yaralı, hər bir qazimiz hər birimizin yaxını idi, doğması idi. Azərbaycan xalqı savaşı bayram kimi qəbul edən bəlkə də yeganə xalqdır!
Ona görə də, bu gün istər Zəngilanın, istər Qubadlının işğaldan azad olunması bizim hər birimiz üçün böyük Zəfər tarixidir. Biz bu günləri artıq şərəflə qeyd edirik. İnsan da müharibə üçün darıxar mı? Əsla. Heç kim müharibə, savaş, qan axıdılmasını istəməz. Amma Qarabağ savaşı bizlər üçün namus, vicdan, şərəf savaşı idi. Avropada bilmirəm bu kimi önəmli meyarlar bir əhəmiyyət daşıyırmı ya yox, amma bu kimi önəmli meyarlar bizlər üçün olduqca önəmlidir. Bizim həyat fəlsəfəmizin deyərdim, əsasını təşkil edir. Qarabağın işğaldan azad olunması biz Türklər üçün namus və şərəf məsələsi idi”.

Millət vəkili Məlahər İbrahimqız Fizulidə istifadəyə verilən Beynəlxalq Hava Limanının açılışı ilə bağlı da fikir söyləyib: “Belə qısa müddət ərazində Fizulidə Beynəlxalq Hava limanının istfadəyə verilməsi sözün əsil mənasında möcüzədir. Ermənilər tərəfindən xarabalığa çevrilən, viran qıyulan ərazilərdə beynəlxalq hava limanını belə qısa müdətdə inşa edilə bilməsinə heç kəs inanmırdı”.

 

Ülkər Fərmanqızı