İdman Tennis Kompleksində Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov anılıb

29 Oktyabr, 19:36

Oktyabrın 29-da İdman Tennis Kompleksində, açıq havada Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və İdman Tennis Kompleksin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Anım mərasimində şəhidin atası Arif Hümmətov,  Nəriman RİH başçısı A. Fərzəliyev, AGİN nazir müavini İ.İsmayılov, idarə rəisi, Olimpiya çempionu F. Mənsurov, İTK-nin direktoru Ə. Abbasbəyli, Nərimanov və Xətai rayonları Gənclər və idman idarələrinin rəisləri, şəhid ailələrinin nümayəndələri, idmançılar veteranlar və s. iştirak ediblər.

Tədbir Azərbaycan Respubıikası dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
İTK-in direktoru Əhməd Abbasbəyli çıxış edərək Vətən müharibəsində qazanılan Zəfərdən, tədbirin əhəmiyyətindən danışıb. Ə.Abbasbəyli, həmçinin qardaş Türkiyəni Cümhüriyyət günü münasibəti ilə təbrik edib.

Daha sonra şəhidin atası Arif Hümmətov, Nəriman RİH başçısı A.Fərzəliyev, AGİN nazir müavini İ.İsmayılov və digərləri də çıxış edərək şəhidlərimizin yad edilməsini vətənpərvərliyin təbliği baxımdan yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində böyük tennis və şahmat üzrə yarışlar keçirlib, o cümlədən karate, boks, kapoeyra, taekvondo idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun ailəsinə Azərbaycan Dövlət Bayrağının və 177 saylı tam orta məktəbin şagirdi Müseyibli Venera tərəfindən çəkilmiş portret təqdim edilib. Bundan sonra müğənni Aydın Sani tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa olunub. Sonda tennis və şahmat turnirlərinin qalibləri mükafatlandırılıb.