Çexiyada karonavirusa qarşı tədbirlər sərtləşdirilir

21 Oktyabr, 03:47

Çexiyada koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar olaraq hökumət bir sıra epidemiya əleyhinə tədbirləri sərtləşdirmək qərarına gəlib. Xüsusilə qapalı məkanlarda tibbi maska taxmaq məcburi olacaq.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Adam Voytek jurnalistlərə açıqlamasında bildirib.