Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla həmrəylik ifadə edib.
VOİCEPRESS.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün dünyaya hökm etməli olmadığını diqqətə çatdırıb.
“Prezident Ərdoğanın natiqliyi hər kəsə məlumdur. O müxtəlif mövzularda sərbəst fikir ifadə edə bilir. Mən onunla razıyam ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyaya öz hökmünü diktə edə bilməz. Amma Şura buna iddialı da deyil”.
Lavrovun fikrincə, Təhlükəsizlik Şurasına Asiya, Cənubi Amerika və Afrikadan yeni üzvlər cəlb etmək lazımdır.