Əsli Kazımova: “Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın gücünü etiraf etmək məcburiyyəti hiss edir…”

28 Sentyabr, 11:43

“Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın gücünü etiraf etmək məcburiyyəti hiss edir…”Bunu VOİCEPRESS-ə açıqlqmasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və regionda daimi sülh və əminamanlığa nail oldu:

“Azərbaycan 44 günlük Böyük Vətən müharibəsi ərəfəsində həm diplomatik gücünü, həm hərbi sahədə öz sözünü deməyə müvəffəq oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa etdiyi müraciət isə olduqca önəmli mesajlarla zəngindir. Hesab edirəm ki, dünya ictimaiyyəti bilməlidir ki, bir il bundan əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuş, günahsız mülki şəxslər və hərbçilərimiz həlak olmuşdur. Həmin anda isə nə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bir reaksiya oldu, nə də digər beynəlxalq təşkiltlar obyektiv və tərəfsiz münasibət sərgiləyə bildi. Buna görə də, Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olundu.

Nəticə etibarilə, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu və xalqı tam Qələbə qazandı. Ona görə də, bu gün bütün dünya Azərbaycanı müzəffər xalqa sahib bir ölkə kimi tanıyır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri düşməni torpaqlarımızdan qovdu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi adını tarixə yazdı. Cənab Prezident eyni zamanda ATƏT-i Minks Qrupunun ata bilmədiyi və status kvoya xidmət edən məsələni də həll etməyə müvəffəq oldu. Dağlıq Qarabağın status məsələsi də, öz həllini tapdı. Cənab Prezidentin 27 sentyabr şəhidlərin xatirəsini anma günü siravi əsgərimizlə yürüyüşə qatılması birmənalı olaraq qarşılanmamalıdır. Belə ki, bu gün əminliklə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı”.

Ülkər Fərmanqızı