ŞAD XƏBƏR AZ ÖNCƏ GƏLDİ: Göyçəyə rəsmən Azərbaycan Bayrağı SANCILDI

64

“Verin Şorja (Şorca) kəndi rəsmən Azərbaycanın nəzarətinə keçdi”.

VOİCEPRESS.az  xəbər verir ki, bu barədə erməni ekspert Qarnik Davtyan öz Facebook hesabında yazıb.

Ekspert Verin Şorja (Şorca) kəndində Azərbycan bayrağının ucaldıldığını əks etdirən video yayımlayıb:

“Azərbaycanlılar hələ də bir neçə metr aralıda yerləşən erməni mövqelərini təhdid edərək barmaq yelləyirlər” – deyə Davtyan fikirlərini bitirib.

VOİCEPRESS.azrəsmi mənbəərə istinadən bildirir ki, Şorca — Göyçə mahalıda Çəmbərək rayonuna aid bir kənddir. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri). Hazırda Geğarkunik marzında (vilayət) yerləşir. Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.

Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır.

Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı, rus mənbələrində Şorcalı (Şordjalu) formalarında qeyd edilmişdir. Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşib.