Ərdoğan “Taliban”ın Türkiyəyə təklifini açıqladı

48

““Taliban”ın Kabil beynəlxaql hava limanı ilə bağlı bizə təklifi var”.

VOİCEPRESS.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, “Taliban” hava limanının təhlükəsizliyini özü təmin etmək istəyir. Lakin “Taliban” hava limanının işlədilməsini Türkiyəyə həvalə etmək istəyir. Ərdoğanın sözlərinə görə, Türkiyə bu barədə hələlik qərar verməyib.

“Gərginlik aradan qalxandan sonra Türkiyə qərarını verəcək” – deyə Ərdoğan bildirib.