Gürcüstan baş naziri İrakli Qaribaşvili II Qarabağ Müharibəsinin başlanmasının 1-ci ildönümü münasibətilə Azərbaycan və Ermənistana təklif irəli sürüb.
VOİCEPRESS.az xəbər verir ki, o 3 Cənubi Qafqaz ölkəsinin birgə platforma yaratmasını önə sürüb.
“Tbilisidə platforma yaratmağı təklif edirik”.
Qaribaşvili rəsmi Tbilisinin vasitəçiliyi ilə Ermənistanın mina xəritələrini Azərbaycana verməsini də xatırladıb.
“Bu uğurlu mediasiyanın nadir nümunəsi idi”-deyə Qaribaşvili söyləyib.