BMT Nümayəndəliyindən Vətən müharibəsi ilə bağlı paylaşım

24

BMT-nin Azərbaycandakı Nümayəndəliyi Vətən müharibəsində həlak olanların ailələrinə başsağlığı verib.

VOİCEPRESS.az xəbər verir ki, bu barədə Nümayəndəliyin “Twitter”hesabında bildirib.

“BMT -nin Azərbaycandakı Nümayəndəliyi ötən il münaqişə zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralılara şəfa diləyir. Münaqişədən zərər çəkmiş bölgələrin bərpası və ehtiyacı olan icmalar üçün verilən səylərə dəstək verməyə davam edəcəyik”, – deyə Nümayəndəlik qeyd edib.