BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Türkiyə və Rusiya prezidentlərinə çağırış etdi

72

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putindən İdlibdə sakitliyin təmin edilməsi üçün çağırış edib.

Xəbər verilir ki, Pedersen keçirilən brifinqdə Suriyada beynəlxalq qüvvələrin bir-birilə rəqabət apardığını və bir neçə faktiki bölgəyə bölündüyünü deyib.

İdlibdə, xüsusən Türkiyə-Suriya sərhədində, köçkünlərin yerləşdiyi düşərgələrə edilən hücumların artdığına diqqət çəkən nümayəndə bildirib: “Əminəm ki, İdlibdəki vəziyyət Putin üçün əhəmiyyətli bir mövzu olacaq. Prezident Ərdoğanla sabah baş tutacaq görüşdə liderləri bölgədə sakitliyi təmin etməyə çağırıram. Çox şey bundan asılıdır”.

Suriya Konstitusiya Komitəsinin yenidən bir araya gəlməsi üçün tərəflərə dəvətnamələr göndərildiyini bildirən Pedersen komitənin 18 oktyabrda altıncı toplantısının keçiriləcəyini və görüşdən bir gün əvvəl həmsədrlərlə görüşəcəklərini bildirib.