ASRP sədri Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik etdi

168

“Mehriban xanım, mərhəməti  və mədəniyyəti ilə dünya ictimaiyyətinə örnək bir qadındır”. Bunu VOİCEPRESS-ə açıqlqmasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO ve İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə verdiyi tövhə əvəzsizdir:

“Azərbaycan mədəniyyətinin, indi də, Qarabağ mədəniyyətinin dirçəlməsində böyük rol oynayan xanım Mehriban Əliyevanın xidmətləri danılmazdır. Muğamımız başda olmaqla Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması fonunda böyük işlər görmüşdür. “Xarıbülbül” festivalı özü özlüyündə Şuşa mədəniyyətinin dünyaya çatdırılması üçün çox önəmli addım idi. Mehriban Xanımın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi demək olar bütün layihələr Azərbaycan mədəniyyətinə xidmət edir. Bununla yanaşı, Mehriban Əliyevanın böyük qəlbi var. Mərhəmət dolu bir qəlbi. ƏFV fərmanlarının həyata keçirilməsində, qaçqın, mərcburi köçkün və şəhid ailələrinə göstərdiyi qayğı sözlə ifadə edilməyəcək qədər böyükdür. Mehriban xanımın Azərbaycan üçün kəsb etdiyi əhəmiyyəti və önəmi vurğulamaq üçün Onun xidmətlərini yazmaqla tükənməz. Düşünürəm ki, Mehriban xanımın gördüyü işləri xatırlatmağa ehtiyac yoxdur. Hamısı göz qabağındadır. Məhz buna görə Mehriban xanımı hamı sevir.

Bu gün xanım Mehriban Əliyevanın ad gününü səmimi qəlbdən təbrik edirəm. Ona can sağlığı və uzun ömür arzu edirəm. Ən böyük diləyim isə, elimizdən, obamızdan  heç vaxt xanım Mehriban Əliyevanın diqqəti və qayğısı əskik olmasın!”

 

 

VOİCEPRESS