ASRP-nin mətbuat katibliyi: “Xanhüseyn Kazımlı elə bir ziyalıdır ki, elə bir sürücüsü olsa, özü öz əlləri ilə onu hüquq-mühafizə orqanlarına təslim edər…”

31 İyul, 16:36

 

“Baş verən hadisə ilə bağlı yaxından və ya uzaqdan heç bir əlaqəmiz yoxdur”. Bunu Azəbaycan Sosial Rifah Partiyasının Beynəlxalq Əlaqələr və İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Ülkər Fərmanqızı deyib.

Onun sözlərinə görə, əsassız iddialarla, dezinformasiyalarla ziyalılarımızın adına ləkə gətirəcək məlumatlardan qaçınmalıyıq:

“Bu gün www.qafqazinfo.az saytında partiyamızın eks sədri, keçmiş millət vəkili, dəyərli ziyalımız, professor Xanhüseyn Kazımlının adı bir hadisədə hallanıb. Xəbərdə öz əksini tapan məlumatlar heç bir həqiqətə əsaslanmır. Xanhüseyn Kazımlı elə bir ziyalıdır ki, elə bir sürücüsü olsa, özü öz əlləri ilə onu hüquq-mühafizə orqanlarına təslim edər. Amma hörmətli professorun, nə onun ailəsinin, nə partimızın xəbərdə qeyd edilən avtomobili yoxdur, nə baş verən insidentin nə professor Xanhüseyn Kazımlı ilə, nə də partiya ilə heç bir əlaqəsi yoxdur.

Mən Xanhüseyn Kazımlının sürücüsüyəm” deyən şəxs kimi sürücü ilə əlaqəsi yoxdur. Məlumatın nə qədər həqiqətə uyğun olub olmamasını araşdırmadan yayınlanması doğru deyil. Nəzərə almaq gərəkir ki, Daxili İşlər Nazirliyi professorun sürücüsü olduğunu iddia edən şəxsin həqiqətən də Xanhüseyn Kazımlının sürücüsü olub olmaması ilə bağlı məsələni təsdiq etməyib. Belə olan halda, bu məsələ olduğu kimi öz əksini yayında da tapmalıdır.
Hazırda partiya tərəfindən bu məsələ xüsusi nəzarətə götürülüb. Hörmətli professorun və partiyanın isminə qarayaxmağa çalışan şəxsin hüquq qarşısında cavab verməli olduğu qənaətindəyik. Bunun üçün partiyamız əlindən gələni əsirgəməyəcək”.