Lukaşenko miqrant axınını dayandırmasa… – Litva

20 İyul, 15:50

Belarus Prezidenti Aleksandr Lukaşenkonun qanunsuz miqrantlarla bağlı yardım bəyanatı şantajdır.

VOİCEPRESS.az xəbər verir ki, bunu Litva xarici işlər naziri Qabrielyus Landsberqis deyib.

“Bu, yardım deyil, şantajdır. Cavab sadədir. Əgər Minsk dayanmasa və gələcəkdə də miqrant çatdırılmasıyla məşğul olsa, Litva yeni sanksiyalarla çıxış edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Litva ilə Belarus sərhədini qanunsuz keçmək istəyən miqrantların sayı 10 dəfə artıb. Rəsmi Vilnüs bu işdə Belarus hökumətini ittiham edir.