“Bu kimi layihələr Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir” – Əsli Kazımova

56
Bu kimi layihələr  Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir.

Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə,  azərbaycan hər zaman Avropa İttifaqını  yaxın tərəfdaş olaraq dəyərləndirib;

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri ölkəmizlə ittifaq arasındakı mövcud tərəfdaşlıq əlaqələrinin göstəricisidir. Bu gün xüsusən  Qarabağ məsələsinin həllindən sonra, regionda davamlı sülhün təminatçısı olan Azərbaycanla ittifaq araqsındakı əlaqələrin şaxələndirilməsi üçün yetərli əsaslar mövcuddur və bu tendensiya hər iki tərəfin marağındadır. Bu gün etiraf etmək gərəkir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli ticarət əlaqələri var. Bu əlaqələr günü gündən inkişaf etməkdədir. Ölkə ticarətinin 40 faizi avropa ittifaqı ilə aparılır və bu sevindirici haldır. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bunlar yenicə müharibədən çıxmış və pandemiya şərtləri altında olan Azərbaycan üçün yetəri qədər böyük rəqəmlərdir. Bu göstəricilər həm Azərbaycan iqtisadiyyatının əhatə etdiyi miqyasdan, həm də Azərbaycanın üzv dövlətlərlə ikitərəfli əlaqələrdə olduqca həssas olmasından xəbər verir.

Cənab Prezident İlham Əliyev də, öz çıxışında qeyd etdi ki,  Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb.  Bu isə birmənalı olaraq sübut edir ki,  Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu gün mövcud əməkdaşlıq əlaqələri arasında prearitet məsələ enerji təhlükəsizliyinin təmin olunması məsələsidir. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını, Trans-Adriatik kəmərinin artıq istismara verilməsini nəzərə alaraq, bu gün əminliklə deyə bilərik ki, enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub.

Qeyd etmək gərəkir ki, nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığın strateji əhəmiyyətini baxımından İkinci Qarabağ müharibəsindən sonrakı dövr üçün uğurlu başlanğıclar vəd edir. Regionda sülhün bərqərar olması və bütün kommunikasiyaların açılması bu gün daha miqyaslı əməkdaşlıq imkanlarının yaranması məsələsini zəruri edir“.