İnsanlar artıq açıq şəkildə danışır ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək.
Voicepress xəbər verir ki, bu barədə Qarabağdakı erməni separatçılarının keçmiş “ombudsmanı” kimi təqdim edilən Ruben Məlikyan azərbaycanlı fəal Əhməd Şahidovun bu barədə açıqlamasına reaksiyasında yazıb.
“Hesab edirəm ki, ortada sadə bir azərbaycanlı-türkonikol (Nikol Paşinyan nəzərdə tutulur – red.) anlaşması mövcuddur. İnsanlar artıq bu barədə açıq şəkildə danışırlar ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək.
Qısaca desək:
1. Hər şey edilməlidir ki, “türkonikol” seçkilərdə mümkün qədər az səs alsın;
2. Bütün güc sərf olunmalıdır ki, seçkilərin saxtalaşdırılmasının qarşısı maksimum alınsın;
3. Anlamaq lazımdır ki, istənilən türkonikol – düşməndir”, – o bildirib.
Qeyd edək ki, ictimai fəal Əhməd Şahidovun sosial şəbəkə hesabında “iyunda Xankəndi Bakının tam nəzarətində olacaq – istər güc, istərsə sülh yolu ilə” sözləri Ermənistanda müzakirələrə səbəb olub. “10 noyabr bəyanatında aydın şəkildə yazılıb ki, Xankəndi və digər şəhərlər tədricən Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Nikol Paşinyandan soruşun” – Ə.Şahidov yazıb.
Bunun ardınca Qarabağ separatçıları təkzib yayıblar və Xankəndini “rus sülhməramlıları və “artsax ordusu”nun qoruduğunu” elan ediblər.
20 iyunda Ermənistanda növbədənkənar seçkilər keçiriləcək.