Nikoldan “sərhəd müzakirəsi”nə: İkitərəfli olmaz, üçümüz…

0
72

VOICEPRESS xəbər verir ki, bunu Ermənistan Baş nazirinin səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Sərhədlərin dəqiqləşdirilməsi planında belə bir nüans var. Son günlər ərzində Azərbaycan təbliğatı sərhədlərin dəqiqləşdirilməsi prosesinin ikitərəfli formatda həll edilməli olduğu ideyasını irəli sürür. Bu sadə bir səbəbə görə baş verə bilməz, çünki Azərbaycanla Ermənistan arasında münasibətlər yoxdur. Kommunikasiyaların açılması, eləcə də sərhədlərin dəqiqləşdirilməsi prosesi üçtərəfli formatda keçməlidir. Bununla bağlı bir neçə dəfə razılıq əldə olunub”, – deyə o bildirib.

Ermənistan lideri Azərbaycanla Ermənistan arasında Qaragöllə bağlı yaranmış gərginlik ətrafında danışıqların çərşənbə günü davam edəcəyini də qeyd edib.

O, Azərbaycan Ordusunun Ermənistanın iddia etdiyi torpaqlardan çıxmayacağı ana qədər İrəvanın situasiyanı böhran olaraq qiymətləndirəcəyini və KTMT-Rusiyadan yardım istəyəcəyini bildirib.