“Ermənistanda Qərblə Şərqi təmsil edən qüvvələrin qarşıdurmasının şahidi olacağıq”.
VOİCEPRESS–in münasibi Azərbaycan millət vəkili Nəsib Məhəməliyevdir:
– Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun geri cagirilması nədeməkdir? Daha öncə Rüstəm Muradovun separatçı rejimin lideri Arayik Artunyanla çox səmimi videoları da yayılmışdı. Belə olan halda sizcə Rüstəmovun geri çağırılması və onun başqa bir rus əsilli biri ilə əvəz olunması Azərbaycanınmı marağındadır, yoxsa bu sadəcə Rusiyanın mövqeidir?
-Rüstəm Muradovla bağlanmış əmək müqaviləsinin altı ay olduğuna görə, KİV-lərdə onun geri çağırılması barədə məlumat yayılmşdır. Sülhməramlı qüvvələrin komandanının təyinatı Rusiya müdafiə nazirinin təqdimatı əsasında Rusiya dövlət başçısı tərəfindən həyata keçirilir. Araik Arutyunyanla birlikdə yayılmış videolar Azərbaycan cəmiyyətində haqlı olaraq kəskin narazılığa səbəb olmuşdu. Təkcə bu məsələyə görə yox, ümumiyyətlə sülhməramlı missiyası ilə uzlaşmayan fəaliyyətlə, konkret olaraq ermənilərin Qarabağda məcburi məskunlaşmasını təşkil etməklə, şəhərciklərin salınması, sosial obyektlərin tikintisi və s. məşğul olurdular. Ümumiyyətlə, sülhməramlıların komandanının kim olması xüsusi əhəmiyyət kəsb etmir. Təki, problemlərə yanaşma tərzi ədalətli olsun. Kimliyindən asılı olmayaraq, öz dövlətinin maraqlarına xidmət edəcəkdir.
-Lavrovun Ermənistan səfəri Ermənistanda olduqca kəskin etirazlara səbəb olub. Hətta onu ölkəyə buraxmaq istəmirlər. Rusiya Ermənistan tərəfindən belə sərt reaksiya qarşısında nə edə bilər və ümumiyyətlə Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi Azərbaycana necə təsir bağışlaya bilər?
-Ermənistanda Lavrovun səfərinə qarşı etirazların baş verməsi təbiidir. Heç kim üçün sirr deyil ki, uzun illər ərzində Rusiya xarici siyasət idarəsinin rəhbəri ermənilərə yaxınllğı ilə seçilmiş, Minsk qrupu çərçivəsində himayədarlıq etmişdir. Təbii, burada milli mənsubiyyət məsələsi də öz rolunu oynamışdır. Ermənilərin narazlığının iki səbəbi vardır. Birinci səbəb, 44 günlük Vətən müharibəsində ermənilər hesab edirdilər ki, Rusiya hərbi müdaxilə etməli, onların əvəzinə Azərbaycanla vuruşmalıdır. Rusiya məsələyə praqmatik yanaşmaqla ermənilərin gözləntilərini doğrultmadı. İkinci səbəb isə, Ermənistanın daxili ictimai-siyasi vəziyyəti ilə bağlıdır. Paşinyanın rəhbərlik etdiyi hal-hazırki erməni hakimiyyəti Qərbyönümlü siyasəti ilə seçilir. Rusiya isə, əvvəllər hakimiyyətdə olmuş Qarabağ klanını təmsil edən müxalifəti dəstəkləyir. Paşinyanın dəfələrlə sədaqət andı içməsinə baxmayaraq, Rusiyada onun səmimiyyətinə inanmırlar. Düşünürəm ki, iyun ayında keçiriləcək seçkilərə qədər, Ermənistanda Qərblə Şərqi təmsil edən qüvvələrin qarşıdurmasının şahidi olacağıq. Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər genişdir. Ermənistanın əsas iqtisadi subyektlərinin əksəriyyəti Rusiyanın tabeçiliyindədir. Siyasi-iqtisadi-təhlükəsizlik regional məsələləri nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, Ermənistanın Rusiyanın təsir dairəsindən tamamilə çıxması müşkül məsələdir. Rusiya-Ermənistan münasibətlərindən asılı olmayaraq, Azərbaycan regionun kifayət qədər inkişaf etmiş güclü dövlətidir və hər kəs Azərbaycanla hesablaşmaq məcburiyyətidir.
– Xankəndinin Bakının nəzarətinə keçmə məsələsinə də aydınlıq gətirmənizi istərdim. 10 Noyabr sözləməsinə görə, müəyyən tarixlərdə bir bir ermənilər tərəfindən işğal edilən şəhərlər boşaldıldı. Ermənistan mətbuatının yaydığı məlumata görə siə, təxminən 57 min erməni isə Xankəndinə köçürüldü. Hazırda isə Xankəndinin Azərbaycanın nəzarətinə keçəcəyi söylənilir. Qardaş Türkiyə mətbuatında belə bir sual yaranır ki, Xankəndinə köçürülən 57 min erməni Azəbaycan vətandaşımı olacaq? Azərbaycan qanunlarına mı boyun əyəcək?
-Düşünürəm ki, 57 min erməninin qayıtması barədə deyilənlər reallığı əks etdirmir. Təxminən 25-28 min civarında ermənilər Xankəndinə qaytarılmışdır. Onların da əksəriyyəti orada yaşamağın perspektivsiz olduğunu düşünərərək imkan olan kimi getməyi düşünürlər. Xankəndinin Azərbaycanın tabeliyinə keçməsi, zamana bağlı məsələdir. Burada xarici destruktiv faktorları nəzərə almalıyıq. Fransa başda olmaqla erməni diasporasının apardığı informasiya müharibəsi davam edir. Ermənistanın daxilində və xaricdə revanşist qüvvələr məğlubiyyətlə barışmaq istəmir, yeni müharibə çağırışları səsləndirirlər. Regionda öz geosiyasi maraqlarını güdən bəzi dövlətlər Azərbaycanın qələbəsi ilə barışmaq istəmirlər. Ənənəvi “Türkəfob” dövlətlər qardaş Türkiyənin güclənməsindən, 100 ildən sonra Qafqaza qayıtmasından, ölkəmizin yanında olmasından narahatlıq keçirirlər. Ona görə də 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsində müəyyən ləngimələr baş verir. Azərbaycan qanunlarını qəbul edən ermənilər Azərbaycan vətəndaşı olacaqlar. Sadəcə zamana ehtiyac var.
Ü. Fərmanqızı/VOİCEPRESS