ASRP sədrindən orijinal təklif

0
256

 

“Zori Balayanın Türk uşaqları üzərində apardığı  insanlığa sığmayan caniliyi  Qarabağda Utanc Sütunu olaraq əbədiləşdirilməlidir” Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, bu gün “Utanc Sütunu” Hong Konq, Meksika, Brazilya və  Danimarkada var: “Bu insanlara, gənc nəslə, ədaləsizliyin, terrorun, işğalın, günahsız uşaqların qətlini dünya ictimaiyyətinin ikili standartlarına qarşı böyük bir addım olar. İllər keçsə də, dünya birliyi unutulmayacaq erməni məkirliyini heç olmasa Utanç Sütunu ilə anlamalıdır. Bir uşağın üzərində ancaq bir erməninin vəhşicəsinə bir sınaq apara biləcəyini bütün dünya bilməlidir. Bu əməlinə görə, Ermənistan dövləti tərəfindən ordenlə təltif olunduğunu da bilməlidir. Bu Utanc Sütunlarından biri Danimarkada düz parlament binasının önündə inşa edilib. 8 metrə uzunluğunda olan heykəl Honk Konqda çox sayda insanın haqqlarının əllərindən alınmasını simvolizə edir. Əsərin müəllifi Danimarkalı, məşhur heykəltaraş Jens Qalsşiotdur. Jens Qalsşiot çıxışlarının birində belə bir söz deyir:

“Hong Konq vətəndaşları öz haqlarını Qərbin dəstəyi olmadan qoruya bilməzlər”. Əlbəttə bu bir Qərb psixalogiyasıdır. Çünki Azərbaycan Qərbin yardımı olmadan, hətta köstək olmalarına rəğmən, ikili standartlara rəğmən erməni terroruna qalib gəldi. Torpaqlarını işğaldan azad etdi. Bu bir reallıqdır. Amma bu gün ortada ermənilərin Azərbaycan Türkləri üzərində törətdikləri cinayətlər var, soyqrımları var, insanlıq adına utanç duyulması gərəkən insanlıqdan kənar əməlləri var. Qərb psixologiyası ilə yanaşırıqsa, biz bu nöqteyi nəzərdən məsələyə yanaşmalıyıq. Bu gün Qarabağın mərkəzində ermənilərin Türklər üzərindəki cinayətlərini əks etdirən  Utanc Sütunu ucaldılmalıdır.

Bu Utanc sütunu sadəcə ermənilərin günahı deyil, buna göz yuman və ikili standartlara xidmət edən dünya ictimaiyyətinin mövqeyini də təmsil edəcək. Hətta yaxşı olardı, bu Utanc Sütunu eyni zamanda qardaş Türkiyədə, Qərbin diqət mərkəzində olan Ayasofya məbədinin qarşısında da ucaldıla. Hesab edirəm, erməni soyqrımını tanımaqla, Azərbaycana və Türkiyəyə ultimatum verən siyasi dairələr bu Utanc Sütunu qarşısında susmağa məcbur olacaqlar. Jens Qalsşiotun bir əsəri var, “Survival of the fatest”. Hesab edirəm bu əsər Qərb psixologiyasını çox gözəl təsvir edir. 44 günlük müharibə zamanı cənab Prezidentin beynəlxalq mediaya verdiyi müsahibələrdən dərs almaq lazımdır. Cənab Prezident Qərbi təmsil edən junalistləri onların psixoloji yanaşmasını bilib, onlara gərəkli cavabları verə bildi. Bu örnək olmalıdır. Ona görə də, “Survival of the fatest” əsərinin Qərbin psixoloji mövqeyini təsvir etdiyini unutmamalıyıq və ona uyğun addımlar atmağa cəhd etməliyik”.