Əsli Kazımova: “Azərbaycan tarixi ədaləti bərpa etdi”

0
192

“Azərbaycan qazandığı zəfərlə sadəcə ölkə üçün deyil,  bütün regionun gələcəyi üçün yeni tarix yazdı” Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri  Əsli Kazımova deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinin  “Azərbaycanın mədəniyyət mərkəzi” elan olunması möhtəşəm təşəbbüsdür: “Bu qərar 30 ildir 8 May tarixini “Şuşamız işğalda” deyə, axıdılan göz yaşımızı yerdə qoymadı.  Bu qərar ötən il qondarma Qarabağ rejminin inaqurasiyasının Şuşada məhz 8 May tarixində keçirən erməni separatçılarına verilən ən layiqli cavabdır deyə, düşünürəm.  Bu gün  may ayının 8-i, Şuşanın işğalı günüdür. Prezidentin məhz bu gün bu kimi önəmli və əhəmiyyətli bir sərəncam verməsi rəmzi məna daşıyır.

Çünki, 1992-ci ildən etibarən  ermənilər hər il xüsusi təmtəraqla, ümumxalq bayramı kimi qeyd etdikləri bu gün artıq Cənab Prezidentin böyük siyasəti və müzaəffər Azərbaycan Ordusunun gücü sayəsində  Ermənistanın 28 illik məkirli oyunlarının tarixinə çevrildi. Çünkü Azərbaycan tarixi ədaləti bərpa etdi. Dünya Birliyinin ikili standartlarına rəğmən, Ermənistan kimi maşa bir dövləti qətnamələri icra etməyə məcbur edə bilməyən beynəlxalq təşkilatlara rəğmən, Təhlükısizliyə təhdit olan Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmağa davam etməsinə rəğmən, Azərbaycan tarixi ədaləti bərpa etdi. Azərbaycan sadəcə ölkədə deyil, regionda davamlı sülh və barış üçün əlindən gələni etdi.

28 illik işğal dövründə Qarabağın incisi Şuşanı xarabalığa çevirən erməni barbarları və onların bu əməllərinə göz yumanlar, çox yaxın zamanda Azərbaycanın o əraziləri cənnəti-məkana çevirdiğinin şahidi olacaqlar. Azərbaycan  tarixi-mədəni abidələri bərpa edəcək,  ən yeni texnologiyalarla ağıllı şəhərləri  quracaq, yüksək standartlara cavab verən dünya səviyyəli şərait yaratmağa müvəffəq olacaqdır.  Buna kimsənin şübhəsi yoxdur.

“Yalan Maşını” olaraq,  dünya ölkələrinin içərisinə nüfus etməyi başaran erməni diasporasının illərdir istehsal etdiyi bütün yalanları, Azərbaycan ifşa etməyi bacardı. Artıq hər kəs bilir ki, erməni diasporası istehsal etdiyi yalanlara özlərini və ictimaiyyəti inandırdıqları üçün maaş alırlar. Bu yaxınlarda bir kitab oxudum. Böyük Türk yazıçısı, Yavuz Bahadıroğlunun  “Ertoğrul Gazi” əsərində, hələ monqolların zamanında ermənilərin Oğuz Türklərini ayırmaq, parçalamaq, məhv etmək üçün məkirli yollara baş vurduğu qeyd olunur. Əsərdə ermənilər öz dilləri ilə qeyd edir ki, döyüş meydanında Oğuz Türkləri ilə savaşmağa qadir deyillər, onların tək yolu yalanlarla, başqalarını Oğuz Türklərinə qarşı çıxmasına nail olmaqdır. Bu gün də, ermənilərin apardığı siyasət baxın buna hesablanıb. İstər Türkiyəyə qarşı soyqırım iddiası olsun, istər Qarabağ məsələsi…

Yəni ermənilərin illərdir yürütdükləri bu məkrili oyunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin siyasəti ifşa etdi. Bununla da qalmadı, dünyanın qapalı gözlərini açdı və erməninin əsil simasını göstərdi.

Bu gün Şuşanın nəinki Azərbaycanın, eləcə də Türk-İslam dünyasının mədəniyyət-turizm paytaxtı olması illərdir göz yumulan ədalətsizliyə qarşı verilmiş tarixi qiymət ola bilər. Şübhəsiz ki, Şuşada yaradılacaq infrastruktur ən müxtəlif mədəni-kütləvi, eyni zamanda siyasi tədbirləri keçirmək imkanı yaradacaq.  Təbii ki, Qarabağın hər bir guşəsi, hər qarışı xalqımız üçün çox əziz, çox qiymətlidir. Amma məhz Şuşanın  hər birimizin qəlbində özünəməxsus yeri olduğunu nəzərə alan ölkə başçısının prinsipial olaraq, Şuşanın bərpasına xüsusi diqqət göstərməsi, “Böyük Qayıdış” üçün səbirsizliklə o günü gözləyən qaçqın və məcburi köçkünlərimizə sonsuz ümidlər bəxş edir. Bunun baris nümunəsi isə, Şuşanın mədəniyyət paytaxtı elan olunmasının Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmasıdır”.

 

 

Ü.Fərmanqızı/VOİCEPRESS