Türkiyənin Təhsil naziri Azərbaycana gələcək

0
32

Türkiyə Təhsil naziri Ziya Selcukun Azərbaycana səfəri gözlənilir.

VOİCEPRESS.az xəbər verir ki, bu barədə Türkiyə Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, səfərin yaxın zamanda baş tutacağı gözlənilir və hal-hazırda nazirin Azərbaycana səfəri üçün hazırlıq işləri aparılır.

“Səfər zamanı Türkiyə və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq başda olmaqla, tələbə mübadiləsinin artırılması məsələləri də müzakirə olunacaq”- deyə nazirlikdən bildiriblər.