Türk Şurası üçün yeni təklif

10 Aprel, 15:12

İnformasiya ölkələr arasında münasibətlərdə mühüm resursdur. Azərbaycan mediası 44 günlük Vətən müharibəsində öz imkanları ilə həqiqətləri dünyaya çatdırmaq istiqamətində səylər göstərirdi.

VOİCEPRESS xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi –

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, türk mediası da Azərbaycan mediası ilə çiyin-çiyinə fəaliyyət göstərirdi:

“Düşünürük ki, Türk Şurası çərçivəsində də media platformasının yaradılmasına ehtiyac var. Düşünürük ki, bu vəsilə ilə media forumları da təşkil edilə bilər”.