Tacikistan-Qırğızıstan toqquşması: 4 ölü, 77 yaralı

0
208

 

Voicepress.az xəbər verir ki, bu barədə Tacikistanın İsfərah şəhərinin meriyası məlumat yayıb.

Yaralılar arasında şəhərin meri də var.

Bundan əlavə, Qırğızıstanın Dövlət Sərhəd Xidməti atışmanın hələ də davam etdiyini bildirib.

Qeyd edək ki, bundan öncə qırğız qüvvələrin taciklərə məxsus sərhəd postunu ələ keçirdiyi deyilmişdi.

***

Qırğızıstan və Tacikistan silahlı atışmanın dayandırılması və qüvvələrin əvvəlki dislokasiya yerlərinə çəkilməsi barədə razılığa gəliblər.

***

Qırğızıstan sərhəddəki toqquşmalar səbəbindən bir vətəndaşın öldüyünü, 46-nın isə xəsarət aldığını bildirib.

***

Əldə edilən atəşkəs razılığına baxmayaraq, Qırğızıstanın Tacikistanla sərhədində – Batken vilayətinin Leylək rayonunda atışmalar davam etməkdədir.

Bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

“Maksat kəndində qırğızların evi yanır. Yerli sakinlər Marqun, Darxun və Darqas kəndlərinə köçürülüb. Bundan əlavə, Arka kəndində yanacaqdoldurma məntəqəsi və ticarət obyekti yandırılıb”, – deyə bildirilib.