Rusiyadan bu ölkələrə çağırış: Buna son verin!

0
8

Bəzi ölkələri Suriyada keçiriləcək 26 may prezident seçkiləri ətrafında mənfi zəmin yaratmağa son verməyə çağırırıq.

VOİCEPRESS.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Bütün çətinliklərə baxmayaraq, Suriya səlahiyyətliləri dövlət sisteminin işləməsini təmin etmək üçün səy göstərirlər. Eyni zamanda, bəzi ölkələr seçkilər yaxınlaşdıqca artıq bunun qanunsuz olduğunu elan etməyə tələsirlər”, – Nebenzya bildirib.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Türkiyə Suriyada keçiriləcək prezident seçkilərini ədalətli hesab etmir.