Prezidentin yüksək vəzifə verdiyi Mikayılov kimdir?

0
16

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Zaur Mikayılov təyin edilib.

VOİCEPRESS xəbər verir ki, Z.Mikayılov ali təhsilini Türkiyənin Boğaziçi Universitetində alıb. O, 2015-2016-cı illərdə “Paşa İnşaat”da, 2016-2018-ci illərdə isə Agro Supply MMC-nin direktoru vəzifəsində çalışıb. Bundan başqa, Zaur Mikayılov 2009-2015-ci illərdə “Port Baku”nun Baş meneceri olmaqla yanaşı, bir sıra yüksək vəzifələri icra edib.

O, bu təyinatından əvvəl, yəni 2018-ci ilin noyabrından – bu ilin yanvarınadək Azərbaycan Supermarket MMC-nin direktoru vəzifəsində işləyib. Bu MMC-yə ölkənin ən böyük marketlər şəbəkəsi olan “Bravo” supermarketlər şəbəkəsi daxildir.