Partiya sədri Mariya Zaxarovaya sual ünvanladı…

0
136

“Qarabağdakı separatçı rejmin lideri  Arayik Artunyanının Moskva səfəri məgər mövcud vəziyyəti qıcıqlandırmır mı?” VOİCEPRESS.azın verdiyi xəbərə görə, bu sualı Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Rusiya XİN sözçüsü Mariya Zaxarovaya ünvanlayıb. Onun sözlərinə görə, Azərbacanda Hərbi qənimətlər parkının açılışı zamanı, Mariya Zaxarova, “belə qıcıqlandırıcı addımlara gərək yoxdur”, kimi açıqlama vermişdi: “Mariya Zaxarova, bu gün Ermənistanın Qarabağdakı separatçı rejminin liderinin, Azərbaycan sərhədlərini qanunsuz şəkildə tərk edərək, Moskvaya səfər etməsini niyə qıcıqlandırıcı amil kimi görmür? Axı bu gün ermənilərin Xankəndidə yerləşmsinə izin verilməsi, o torpaqların ermənilərə bağışlanması demək deyil. İlk növbədə bunu həm Rusiya, həm də Ermənistan dərk etməlidir! Bu sadəcə Azərbaycan tərəfinin bölgədə əminamanlığın yaradılması yönündə, ermənilərə verilmiş bir şansından başqa bir şey deyil. Həmin ermənilərdən Bakıda da, illərdir yaşayır. Onlar necə yaşayırsa, Xankındindəki ermənilər də eyni formada yaşaya biləcəklərini unutmamalıdır. Bu dövlətin hüdudları çərçivəsində yaşayan hər kəs bir nəfər kimi, qanunlara riayət etməlidir.

Xatırlayırsınız, ötən dəfə Fransalı jurnalistlərin Azərbaycandan izinsiz Qarabağa girmələri ilə bağlı Hətta Ermənistanın baş naziri Paşinyan bəyan etdi ki, Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən hər kəs Azərbaycan dövlətindən izin almalıdır. Bu gün isə separatçı Artunyan Azərbaycan qanunlarını heçə sayaraq, Moskva səfəri edir. Rusiya isə Azərbaycanla, rəsmi Moskva arasında bağlanmış hüquqi anlaşmalara göz yumaraq, Qarabağ müharibəsi zamanı Tərtər və Gəncə rayonlarında  mülki şəxslərin qətlə yetirilməsi kimi cinayət məsuliyyətini daşıdığı halda məsələyə reaksiya verməməsinin özü yetəri qədər qıcıqlandırıcı məqamdır. Rəsmi Moskva Qarabağda sülhməramlı missiyanı yerinə yetirdiyini unutmamalıdır. Əgər sülhməramlı missiya tərəf tutursa bu obyektivliklikdən çox uzaq olduqlarını sübut edir ki, bu da birmənalı olaraq, sülhməramlı missiyanın fəaliyyətinə şübhə ilə yanaşmaq gərəkdiyinə dəlalət edir.

Bu tendensiya həm ikili standartlardır, həm də, Mariya Zaxarovanın zənn etdiyindən daha qabarıq qıcıqlandırıcı məqamdır. 10 noyabır tarixində Ermənistan kapitulyasiya aktını imzaladığında, Putin “Qarabağ müharibəsi” sözü termin olaraq artıq lüğətlərdən silinməlidir dedi.  Amma bu gün Rusiya Qarabağın separatçı rejminin cinayətkar liderinin Moskvaya gəlib-getməsinə göz yumur, Rusiya mətbuatı hələ də Arayik Artunyan üçün “Qarabağ prezidenti” diyə təqdim edir. Mariya Zaxarovaya görə, isə nə bunlar, nə Artunyanın Moskva səfəri, nə də İrəvandakı terorçu Nijdenin heykəli qıcıqlandırıcı olmur… Amma Azərbaycanın hərbi qənimətlər parkı qıcıqlandırır… Adam deməyə söz tapmır. Sülhməramlı missiyanı üstlənən bir dövlətin rəsmi nümayəndəsi tərəfindən belə bir ikili standartlara dayanan münasibət, rəsmi Moskvanın həqiqi niyyətinə kölgə salır…”