Müğənnidən şok: 1 gündə 500-dən çox gizli toy olur

0
80

Azərbaycanda gün ərzində 500-dən çox gizli toy olur.

VOİCEPRESS xəbər verir ki, bu sözləri tanınmış müğənni Xatirə İslam sosial şəbəkədə qeyd edib.

Sənətçi toyların keçirilməsinə icazə verilməsini istəyib:

“Bunlar nə vaxta qədər davam edəcək? Toylara ya icazə verilməlidir, ya da qanunsuz keçirilənlərin qarşısı alınmalıdır”.

Müğənni gizlin şəkildə toylara dəvət edildiyini də vurğulayıb:

“Dostlarımdan, tanışlarımdan da xahiş edirəm ki, məni gizli təşkil etdikləri toylara çağırmasınlar. Çünki qayda-qanun adamıyam, iştirak etdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün”.